Fabio Paratiçi "Milan"ın idman direktoru vəzifəsini icra etməyə yaxınlaşır.
90deqiqe.Az xəbər verir ki, İtaliya klubunun baş direktoru Corcio Furlani 52 yaşlı mütəxəssislə görüşmək üçün Londona uçub.
Paratiçi əvvəllər “Yuventus” (2010-2021) və “Tottenhem”də (2021-2023) idman direktoru vəzifəsində çalışıb. 2023-cü ilin əvvəlində Fabio maliyyə fırıldaqlarına görə diskvalifikasiya ediliv. Diskvalifikasiya müddəti gələn ilin yayında başa çatır. “Milan” hazırda A Seriyasının turnir cədvəlində cəmi 9-cu yeri tutur.