Kursk vilayətinin işğalı Ukrayna ordusunun uğursuzluğudur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (AFU) 53-cü briqadasının keçmiş komandiri Anatoli Kozel 5-ci kanala müsahibəsində bildirib.
“Kursk əməliyyatı indiki mərhələdə uğursuzluqla nəticələnib”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu altı ay deyil, iki ay davam etsəydi, uğurlu olardı.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən sürətlə çıxarılması halında Ukrayna hakimiyyəti qısamüddətli siyasi dividendlər ala bilər. Zabitin sözlərinə görə, uzun sürən əməliyyat Ukrayna ordusu üçün şəxsi heyətin və texnikanın böyük itkisi ilə nəticələnib.