1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq virusa yoluxub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
Virusa yoluxan uşaqlar xəstəxanaya yerləşdiriliblər. Altı uşaq isə sığınacaqda müalicə alır.
K.Ağazadə yazıb: "Özünüzü virusdan qoruyun. 2 uşağımız xəstəxanada, 6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq yoluxmağa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır".