"Mançester Siti" və "Çelsi" "Torino"nun 28 yaşlı qapıçısı Vanya Milinkoviç-Saviçə maraq göstərir.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən verdiyi xəbərə görə, London klubunun baş məşqçisi Enzo Mareska qapıçılar Robert Sançes və Filip Yorgensenin çıxışından narazıdır.
Öz növbəsində "Mançester Siti"yə rəhbərlik edən Xosep Qvardiola 31 yaşlı Edersona əvəzləyici axtarır. Hər iki klub artıq futbolçunun agenti ilə danışıqlar başlayıb.
Milinkoviç-Saviçin müqaviləsində 20 milyon avroluq müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı bənd olduğu vurğulanır.