AZ

Ermənistanda ordunun Baş Qərargahının sabiq rəisinə qarşı cinayət işi açıldı

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Milli.Az xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.

Müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox avadanlıq alınıb. /APA

Milli.Az

Seçilən
129
12
milli.az

10Mənbələr