AZ

Rusiya Trampın İrana ultimatumlarını PİSLƏDİ

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İranın nüvə infrastrukturuna edilən hücumların bütün region üçün “fəlakətli” nəticələrinin olacağı barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Ryabkov bu barədə jurnalistlərə açıqlamasında danışıb.
 

“ABŞ prezidenti Donald Tramp bazar günü, martın 30-da İranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə, onu bombalayacağı və ölkəni ikinci dərəcəli sanksiyalarla hədələyib. Bunlar Trampın İrana qarşı “ultimatumlarıdır”.


“Biz bu cür üsulları yersiz hesab edirik və onları qınayırıq”, - o deyib.

Bizim.Media

Seçilən
24
1
bizim.media

2Mənbələr