Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.
Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Bildirilir ki, Akopyan Ermənistanın 9 il öncə Rusiyadan yararsız hərbi texnika almaqda ittiham edilir. Belə ki, müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox texnika alınıb.