İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının qərb sahilində israillilərlə fələstinlilər arasında şiddətli toqquşmaların getdiyini bildirib.
"Bu gün səhər saatlarında (çərşənbə axşamı) Duma bölgəsində mülkə od vuran onlarla israilli mülki şəxslə bağlı məlumat daxil olub. Daha sonra ərazidə mülki İsrail vətəndaşları ilə fələstinlilər arasında şiddətli qarşıdurma yaranıb və hadisə nəticəsində yaralanan bir neçə fələstinli ilə bağlı əlavə məlumat daxil olub", - İsrail ordusunun bəyanatında deyilir.
“İD və İsrail polis qüvvələri hadisə yerinə göndərilib və şiddətli qarşıdurmanı dağıtmaq üçün fəaliyyətə başlayıblar”, - deyə məlumatda bildirilir. “İD bu tip insidentləri pisləyir və regionda təhlükəsizliyi və asayişi qorumaq üçün qətiyyətlə hərəkət etməyə davam edəcək”.