AZ

BMT-nin təyyarəsi qəzaya uğradı

  Birləşmiş Millətlər Təşkilatının təyyarəsi Somalidə sərt eniş edib.

Teleqraf RT Telegram kanalına istinadən xəbər verir ki, hava gəmisi yerə dəyərkən alovlanıb.

İnsident Moqadişo hava limanında baş verib. BMT-nin təyyarəsi yerə çırpılıb, onun ön hissəsi uçuş-enmə zolağına zərər verib.

İlkin məlumatlara görə, hər şey təyyarənin ön şassisinin sıradan çıxması səbəbindən baş verib.

Hadisə zamanı təyyarənin göyərtəsində 22 nəfər olub. Onlardan cəmi biri xəsarət alıb.  

Seçilən
105
referans.az

1Mənbələr