Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Kanadanı zəiflətmək və ölkəni Vaşinqtonun təsiri altına salmaq istəyinin qarşısını ala biləcəyini bildirir.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o özü deyib. "Mən Kanadanı zəiflətmək cəhdini, bizi tapdalamaq və sındırmaq cəhdlərini dəf edəcəyəm ki, Amerika bizi götürə bilməssin. Bu, heç vaxt baş verməyəcək", - deyə o, bildirib. Baş nazirin çıxışı milli televiziya kanallarında yayımlanıb. "Biz öz evimizin ağalarıyıq, biz öz iqtisadi taleyimizi idarə edə biləcəyik", - deyə hökumət başçısı vətəndaşları əmin edib.Karni həmçinin ABŞ prezidentinin daha əvvəl aprelin 2-si üçün elan etdiyi rüsumlara cavab veriləcəyini deyib.