Türkiyə I Liqası komandalarından "Ankaragücü" baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Xatırladaq ki, Mustafa Dalcı bu ilin fevral ayında "Ankaragücü"nün sükanı arxasına keçmişdi.
Qeyd edək ki, "Ankaragücü" 51 yaşlı baş məşqçinin rəhbərliyi ilə çıxış etdiyi 8 matçda 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyət yaşayıb.
Sabiq “Fənər”li MLS-də
Messinin cangüdəninə qadağa qoyulub
"Yuventus" onu komandadan göndərir
"Bayer"li müdafiəçi "Real"ın radarında
Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu