Bakı. Trend:
İstanbulun Respublika Baş Prokurorluğu Türkiyədə yerli məhsul vəmüəssisələrə qarşı boykota çağıran şəxslərlə bağlı təhqiqatbaşladıb.
Trend-inməlumatına görə, prokurorluğun açıqlamasında bildirilib ki, "nifrətvə ayrı-seçkilik" və "əhalini kin və düşmənçiliyə təhrik etmək"ittihamları üzrə aparılan təhqiqat çərçivəsində ənənəvi və sosialmediada boykot çağırışları edən, bu çağırışları yayan və cəmiyyətinmüəyyən hissəsinin iqtisadi fəaliyyətinə təsir göstərməyihədəfləyən şəxslər məsuliyyətə cəlb olunacaq.
Bundan əlavə, prokurorluq bəzi iş yerlərinə qarşı fiziki vəşifahi zorakılıq hallarına dair araşdırmaların da bu istintaqadaxil edildiyini açıqlayıb.
Türkiyənin ticarət naziri Ömer Bolat isə boykot çağırışlarısəbəbindən maddi zərərə məruz qalan hər kəsin məhkəməyə müraciətedərək təzminat tələb edə biləcəyini bildirib.