1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Fransa hökuməti "Milli birlik" fraksiyasının başçısı Marin Le Penə qarşı yeni təhqiqata başlayıb.
Bu barədə Oxu.Az AFP agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, martın 31-də Le Penə qarşı hökm çıxarmış Paris məhkəməsinin hakimlərinin ünvanına təhdidlər yönləndirildikdən sonra ona qarşı yeni təhqiqata start verilib.
Xatıradaq ki, Paris məhkəməsi Le Peni dörd il azadlıqdan məhrum edib.
O, dörd illik həbs müddətinin iki ilini şərti olaraq, digər iki ilini isə elektron qolbaqla ev dustaqlığında keçirəcək.