Şirvanda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən qəbiristanlıqdan dəmir barmaqlıqlar oğurlayan şəhər sakinləri O.Mustafayev və H.Vəliyev saxlanılıblar.
Bizim.Media lent.az-a istinadən xəbər verir ki, həmin şəxslərin ümumi dəyəri 850 manat olan barmaqlıqları oğurladıqdan sonra əlvan metalların qəbulu məntəqəsinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Bizim.Media