AZ

Gələn il boş qalacaq ali kürsüyə GÖZ DİKDİ

Argentinalı diplomat və Beynəlxalq Atom Enerjisi Agentliyinin ( BAEA ) baş direktoru Rafael Qrossi Birləşmiş Millətlər Təşkilatının baş katibi postuna namizədliyini irəli sürmək niyyətini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Portuqaliyalı Antonio Quterreşin səlahiyyət müddəti bitdikdən sonra bu vəzifə 2026-cı ildə boş qalacaq.

Quterreşin varisinin seçilməsi prosesi 2025-ci ilin sonunda, BMT Baş Assambleyası çərçivəsində müvafiq müraciətin veriləcəyi vaxt başlayacaq .

"Mən bu barədə düşünürəm və çox ciddi düşünürəm. Hələlik bunu deyə bilərəm", - Qrossi Argentina Xarici Əlaqələr Şurasının iclasında deyib.

Seçilən
55
publika.az

1Mənbələr