AZ

ASCbölünür, bölünmüş əmlakı təhvil verilir və yeni MMC yaradılır

17 may 2025-ci il tarixində “Sumqayıt Ərzaq-73” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Marja xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxilir:

1. 2024-cü ilin maliyyə hesabatlarının təsdiq edilməsi.

2. ASC-nin bölünməsi və bölünmə şəklində yenidən təşkili.

3. Bölünmə balansının təsdiq edilməsi.

4. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.

5. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-nin təsis edilməsi və nizamnamə kapitalının formalaşması.

6. ASC-yə məxsus səhmlərin bir hissəsinin ləğv edilməsi və dövriyyədən çıxarılması.

7. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan17.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər. Əlaqə nömrəsi - (050) 345-57-08. Ünvan - Sumqayıt şəhəri, 17-ci mikrorayon 62.

Sumqayıt Ərzaq-73
phrase_var_article.chosen
150
marja.az

1phrase_var_article.sources