
Tanınmış telejurnalist Vladimir Pozner “Birinci” Kanalda efirə çıxacaq.
Reyting.az xəbər verir ki, V. Pozner bu barədə “RTVI” kanalının əməkdaşı ilə söhbətində danışıb.
“Biz böyük bir sənədli filmdən danışırıq: o, hələ erkən mərhələdədir. “Birinci” Kanal bu layihəni dəstəkləyir, amma yayım tezliklə baş tutmayacaq. Çünki çəkilişlər, əgər hər şey yaxşı getsə, yalnız noyabrda başlayacaq”,- deyə teleaparıcı əlavə edib.
V. QULİYEV