Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında media sahəsində əlaqələr, bu ölkədə təhsil mühiti və elm sahəsində münasibətlər mövzusunda Bakıda müzakirələr aparılacaq. Bu barədə məlumat Newscenter.az-a Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən daxil olub.
Bildirilib ki, müzakirələr Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti və Beynəlxalq Final Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən media qurum və quruluşlarının, təhsil, elm sahəsində mövcud olan qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Süleyman