AZ

Müller "Bayern Münhen"in qərarından şoka düşüb

Almaniyalı hücumçu Tomas Mülleri "Bayern Münhen"nın ona yeni müqavilə təklif etməməsi təəccübləndirib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb. 
 
Mənbənin məlumatına görə, halbuki, Münhen nəhənginin idman direktoru Maks Eberl noyabr ayında veteran forvarda klubun onu daha bir mövsüm saxlamaq istədiyini çatdırıb. Müller futbolçu karyerasını davam etdirib-etdirməmək barədə klubdan düşünmək üçün vaxt istəyib. Yanvar ayında Eberl bir daha bildirib ki, Müller özü qalmaq qərarına gəlsə, tərəflər asanlıqla əməkdaşlığı davam etdirməyə razılaşacaqlar. Bütün bunlara baxmayaraq, forvardla müqaviləsinin uzadılmayacağı barədə məlumat yayılıb. Hadisələrin belə bu dönüşü 35 yaşlı futbolçunu kədərləndirib. 

Tomas Müller hazırda "Bayern"in ən yüksək maaş alan oyunçularından biridir. Klub qərara gəlib ki, təcrübəli forvard maaşının azaldılmasına razı olsa belə, müqavilənin müddəti uzadılmayacaq.

Mirağa

Seçilən
101
fanat.az

1Mənbələr