Türkiyənin Sivas böldəsində sərnişin avtobusu aşıb. Manset.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Yalovadan Ərzincana gedən sərnişin avtobusu Sivas-Ərzincan avtomobil yolunda mərkəzi İmranlı rayonunun girişində aşıb.
Hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib. Yaralılar İmranlı Dövlət Xəstəxanasına yerləşdirilib.