Kişilər arasında Azərbaycan Basketbol Liqasında XX tur davam edir.
İdman.biz xəbər verir ki, müntəzəm çempionatın son turunun ikinci günündə bir matç baş tutacaq.
B qrupunun görüşü Qubada keçiriləcək. Eyniadlı komanda ilə “Ordu”nun matçı formal xarakter daşıyır. Hər iki komandanın turnir cədvəlindəki mövqeyi dəqiqləşdiyi üçün qarşılaşma əhəmiyyət kəsb etmir.
Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XX tur
B qrupu
2 aprel
14:00. “Quba”– “Ordu”
Quba OİK
yer | komanda | O | Q | M | X |
1 | Şəki | 20 | 16 | 4 | 36 |
2 | Gəncə | 19 | 14 | 5 | 33 |
3 | Ordu | 19 | 12 | 7 | 31 |
4 | Sumqayıt | 19 | 8 | 11 | 27 |
5 | Quba | 19 | 5 | 14 | 24 |
6 | Lənkəran | 20 | 3 | 17 | 23 |
İdman.biz