AZ

“Araz Naxçıvan” “Qarabağ”ı, “Neftçi” “Sabah”ı qəbul edir – YENİLƏNİR 

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” turnirin son qalibi “Qarabağ”ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Digər matçda isə “Neftçi” “Sabah”la üz-üzə gələcək. Bu oyun saat 19:30-da start götürəcək.

1/4 finalın cavab qarşılaşmaları aprelin 23-də olacaq.

Qeyd edək ki, Azərbaycan kubokunun cari mövsümünün finalı iyunun 1-də Sumqayıt şəhər stadionunda keçiriləcək.

2 aprel

17:00.“Araz-Naxçıvan” – “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Liv Bona Dea Arena

19:30.“Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Neftçi Arena.

Seçilən
23
2
idmanxeber.az

3Mənbələr