Bu gün Azərbaycan Kuboku uğrunda yarışda yarımfinal mərhələsi start götürür.

Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək. 

"Liv Bona Dea Arena"da "Araz-Naxçıvan "Qarabağ"ı qəbul edəcək. Bu, ölkə Kuboku tarixində bu komandalar arasında ilk görüşdə olacaq.

Oyunun mətn vasitəsilə canlı gedişini, eləcə də maraqlı məqamları, qolları saytınız vasitəsilə izləyə bilərsiniz.

Azərbaycan Kuboku, yarımfinal, ilk oyun

“Araz-Naxçıvan” – “Qarabağ”

"Liv Bona Dea Arena". Saat 17:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Anar Salmanov