Böyük Britaniyanın ikinci böyük şəhəri olan Birmingemdə tətil şəhər rəhbərliyini təşvişə salıb.
Hafta.az-ın yazdığına görə, Birmingem Şəhər Şurasının sədri Con Kotton fövqəladə vəziyyət elan edib və deyib: "Bu addımı atmaq məcburiyyətindəyik. Biz Birmingemdə icmalara zərər və sıxıntıya səbəb olan hallara dözə bilmərik".
Bu addım yollarda 17 min tondan çox zibil qaldığını təmizləmək üçün atılıb. Belə ki, müqaviləli qruplarla bölgəyə 35 zibilyığan maşın gətiriləcək və Birmingemi təmizləyəcək.
Şəhərin müvəqqəti işçilərlə təmizlənməsi planları tətil edən işçilərin maneələri ilə qarşılaşıb. Birmingem Şəhər Şurası da verdiyi bəyanatda bu maneələrin aradan qaldırılacağını bildirib.
Zibilyı ğanlarla şəhər rəhbərliyi arasında gərginlik 2024-cü ilin dekabr ayından davam edir. Şəhər rəhbərliyinin qərarları ilə daha az maaş alacaqlarını iddia edən işçilər martın 11-də tətilə çıxıblar.
Həmkarlar ittifaqı işçiləri də zibiltoplama və təkrar emal mövqelərinin ləğv edilməsinin əleyhinədirlər.
Birliyin baş katibi Şeron Braham deyib: "Birmingem şurası bu münaqişəni asanlıqla həll edə bilərdi, lakin onlar nə olursa olsun, vəzifədə qalma və maaşların azaldılması ilə məşğuldurlar".
Birmingem rəhbərliyi qapalı vəzifələrdə çalışan şəxslərə verilən təlimdən sonra onların eyni maaşı alacaqları vəzifələrə yerləşdiriləcəyini vurğulayır.
Leyboristlər Partiyasının üzvləri tərəfindən idarə olunan Birmingemdə ictimaiyyət zibildən narahatdır. Şəhər sakini Yan Kuk deyir ki, qoxudan pəncərələri aça bilmir. "Burada əvvəllər siçovul yox idi. İndi otun üstündə şənlik edirlər" deyib və yol kənarındakı zibillərdən dəhşətə gəldiyini bildirib.