AZ

Aprel döyüşləri, əslində, 2020-ci ilin Vətən müharibəsinin xəbərçisi idi...

2016-cı ilin aprel ayında baş verən dörd günlük müharibə Azərbaycan tarixində şanlı səhifələrdən biri kimi qalır. 9 il əvvəl, 2-5 aprel tarixlərində Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın bir qismini azad edərək, illərlə davam edən status-kvonun dəyişdirilməsinin mümkün olduğunu sübut etdi.

Bu döyüşlər zamanı Azərbaycan Ordusu strateji yüksəklikləri, Talış kəndi ətrafındakı mövqeləri, Lələtəpə yüksəkliyini və bir sıra əraziləri düşməndən geri aldı. Həmin uğur həm hərbi, həm siyasi baxımdan mühüm əhəmiyyət kəsb etdi. Azərbaycan xalqı ordusunun gücünü, döyüş ruhunu, şəhidlərin qəhrəmanlığını bir daha gördü.

Aprel döyüşləri, əslində, 2020-ci ilin Vətən müharibəsinin xəbərçisi idi. Bu qələbə xalqımızda qələbəyə inamı daha da gücləndirdi. O döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizin qanı yerdə qalmadı, dörd il sonra tarixi zəfərimiz – Qarabağın tam azadlığı ilə nəticələndi.

Bu gün Aprel döyüşlərindən 9 il ötür. O günlərdə canını Vətən üçün fəda edən şəhidlərimizi dərin ehtiramla anırıq. Onların qəhrəmanlığı unudulmur və unudulmayacaq!

Seçilən
41
news365.az

1Mənbələr