Aprelin 1-də Braziliyanın Rio-de-Janeyro şəhərində LAAD-2025 Müdafiə və Təhlükəsizlik Sərgisi işinə başlayıb.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycan müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
40 ölkədən 300-yə yaxın iştirakçının qatıldığı sərgidə atıcı silahlar, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri üçün müxtəlif çaplı döyüş sursatları, kəşfiyyat və taktiki əməliyyatlar üçün nəzərdə tutulmuş zirehli maşınlar, minaya davamlı avtomobillər, artilleriya sistemləri, torpedalar, sualtı qayıqlar, tank əleyhinə idarə olunan raketlər, pilotsuz uçuş aparatları və s. nümayiş etdirilir.
Açılış mərasimindən sonra H.Əzimov sərgidə nümayiş etdirilən məhsullarla tanış olub.
Tədbir çərçivəsində nazir müavini Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay, qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin, eyni zamanda, “Baykar”, “Nurol Makina”, “ASPİLSAN Enerji” və Rusiyanın “Rosoboronexport” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesinə həsr olunmuş beynəlxalq sərgilərin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, aprelin 4-də başa çatacaq sərgidə Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 3-cü dəfədir iştirak edir.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */