AZ

Mətbuat Şurasından "Kanal S"də yayımlanan verilişlə bağlı AÇIQLAMA

Bakı. Trend:

Son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinəriayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, verilişiştirakçılarının etik qaydaları və ümumi normaları pozması hallarıartıb.

Trend xəbərverir ki, bu barədə Mətbuat Şurasının Etika Komissiyasınınməlumatında bildirilib.

Vurğulanıb ki, "Kanal S" telekanalının yayımında yaşananlar dabu baxımdan diqqət çəkməkdədir.

"Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnaliststatusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaqdurmalı, səsinin tonunu yüksəltməməli, mimika vəjestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı,qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikirnümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmətvə nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedicimövqe tutmamalıdır.

Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakımüzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcərmənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığınatamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadıntəqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O,özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə genişictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəboldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının EtikaKomissiyası "Kanal S" telekanalının efirində yaşananlardan həmtəəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətləpisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalınrəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməztəqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaztədbirlər görməlidir.

Komissiya, həmçinin, ümumən Azərbaycan teleməkanına məsulşəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyiprinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efirməsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaqvə davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvidəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətinaxarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyanhallara biganə qalmamağa çağırır", - deyə məlumatda qeydedilib.

Seçilən
162
34
az.trend.az

10Mənbələr