AZ

Serbiya Putinin dünya liderləri ilə gizli danışıqlarını ifşa etdi

İki dünya lideri Rusiya prezidenti Vladimir Putinlə gizli danışıqlar aparıb. 

NOCOMMENT.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vucic bu barədə blogger Mario Naufalunun YouTube kanalına müsahibəsində danışıb.

“Mən Putinlə gizli danışan ən azı iki dünya liderini tanıyıram”, – Serbiya lideri bildirib.

Naufal Macarıstanın baş naziri Viktor Orban, yoxsa Slovakiyanın baş naziri Robert Fiko olduğunu soruşduqda, Vuçiç mənfi cavab verdi.

Vuçiç bundan əvvəl Rusiya lideri Vladimir Putinlə mayın 9-da görüşünün son 3,5 ildə ilk görüş olacağını bildirmişdi.

Seçilən
155
2
nocomment.az

3Mənbələr