AZ

Myanmanın keçmiş imamı zəlzələdə 170 qohumu və tanışını itirib

Bakı. Trend:

Myanmada baş verən dağıdıcı zəlzələdə Myoma məscidinin imamı SoyNay O 170-ə yaxın qohumunu, dostunu və tanışını itirib.

Trend BBC-yəistinadən xəbər verir ki, bölgədə baş verən zəlzələ nəticəsində 3məscid çöküb.

Onların arasında ən böyüyü Taylandla sərhəddə olan May-Sotşəhərində yerləşən və onun əvvəllər imamı olduğu Myoma məscididir.Hadisə vaxtı cümə namazı qılındığından, məscidin içindən az qalasağ çıxan olmayıb.

Soy Nay O 170-ə yaxın qohum və dost-tanışını itirdiyi sonradanöyrənib.

“Mən (zəlzələdə) həyatını itirmiş o insanları, qurbanlarınövladlarını düşünürəm – bəzi qurbanların hətta özləri azyaşlı uşaqolub. Bu barədə danışanda göz yaşlarımı saxlaya bilmirəm”, - deyəo, BBC müxbirinə bildirib.

Qeyd edək ki, Myanmada baş verən 7.7 bal gücündə zəlzələdə çoxuSaqaynq və Mandalay şəhər sakinləri olmaqla, 2800-dən çox insandünyasını dəyişib. Xilasedicilər dağıntılar altından meyitləriçıxarmağa davam etdiyindən, itki sayının daha çox olacağıgözlənilir.

Məqalədə:
Seçilən
99
az.trend.az

1Mənbələr