AZ

8-ci mərtəbədən yıxılıb öldü

Dünən axşam saatlarında Abşeron rayonu Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 17 radələrində 1960-cı il təvəllüdlü Həmidə Quliyeva yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Qadın hadisə yerində vəfat edib.

Onun pəncərəni silərkən ehtiyatsızlıqdan yıxıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
98
12
qafqazinfo.az

10Mənbələr