Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3, 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində təmizlik və bu qəbildən olan digər xidmətlərə 677 240 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, qurum işləri həyata keçirəcək “Təmizkom” MMC ilə müqavilə bağlayıb.
Agentlik “ASAN xidmət” mərkəzlərində soyutma, isitmə və havalandırma sistemlərinə texniki dəstək xidmətinə isə 387 min manat ayırıb. Bu işləri “Estet” MMC görəcək.
Cabir Həsənov
Tarix: 2 Aprel 2025, 10:54