AZ

ABŞ Rusiyanı təhdid etdi: bu prosesə qoşulmaqdan imtina etsə...

ABŞ senatorlarından ibarət bir qrup Rusiyanı sanksiyaları əhəmiyyətli dərəcədə sərtləşdirməklə hədələyib.

Publika.az xəbər verir ki, ABŞ-ın 50 senatorundan ibarət qrup Rusiyanın Ukrayna münaqişəsinin həlli üçün sülh prosesinə qoşulmaqdan imtina etdiyi təqdirdə daha sərt sanksiyalar tətbiq edəcəklərini bildirib.

“Bu sanksiyalar Rusiya Ukrayna ilə uzunmüddətli sülh danışıqlarından imtina edərsə və ya sülh əldə edildikdən sonra Ukraynanın suverenliyinə xələl gətirəcək hərbi müdaxilə də daxil olmaqla digər addımlar atarsa, tətbiq olunacaq. Qanun layihəsində, həmçinin Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faiz vergi tutulması nəzərdə tutulur”, - deyə bəyanatda qeyd olunub.

Sözügedən senatorlar arasında həm hakim Respublikaçılar Partiyasının, həm də Demokratların nümayəndələri var. Qanun layihəsinə respublikaçı senator Lindsey Graham rəhbərlik edir.

Seçilən
32
publika.az

1Mənbələr