AZ

Afina Bakıya yeni tərəfdaşlıq təklif edir

Ukraynadakı müharibə, sanksiya təzyiqləri və Avropa İttifaqınınRusiyanın təbii qazında faktiki imtinası ilə müşayiət olunanuzunsürən geoenerji şokunun fonunda Brüssel öz enerjiarxitekturasını struktur baxımından yenidəndəyərləndirməkdədir.

Transformasiyanın əsas elementlərindən biri Yunanıstandır -periferiya kənarında yerləşən ənənəvi “istehlakçı ölkədən”qitələrarası ambisiyalara sahib yüksək texnoloji tranzit mərkəzinəçevrilən bir dövlət. Tullantılar, Enerji və Su üzrə TənzimləyiciOrqan (RAAEY) tərəfindən yaxınlarda təsdiqlənmiş Yunanıstanqaz-nəqliyyat operatoru DESFA-nın 2024–2033-cü illəri əhatə edənonillik inkişaf planı yalnız infrastruktur proqramı deyil, bütövregion üçün yeni enerji manifestinin ayrılmaz hissəsinəçevrilib.

Yunanıstanın geosiyasi əhəmiyyəti, yəni Cənubi Qafqaz, Balkanlarvə Mərkəzi Avropa arasında enerji körpüsü kimi rolu 2020-ci ilindekabrında Trans-Adriatik Boru Kəmərinin (TAP) istifadəyəverilməsindən və 2022-ci ildə Yunanıstan–Bolqarıstan Qazİnterkonnektorunun (IGB) işə düşməsindən sonra kəskin şəkildəartdı. Hər iki marşrut Azərbaycanın siyasi baxımdan neytral, Rusiyavə İran risklərindən uzaq qazının Avropa bazarına nəqlini təminedir. Bu, tam diversifikasiya yolunda olan Brüssel üçün də,Avropanın enerji balansının sabitliyini Trans-Atlantiktəhlükəsizlik amili kimi görən Vaşinqton üçün də sərfəlidir.

2024-cü ilin oktyabrında istismara verilmiş üzən AlexandroupolisFSRU mayeləşdirilmiş qaz terminalı bu kontekstdə mühüm rol oynayır.Onun illik qəbul gücü 5,5 milyard kubmetrədəkdir və bu həcmin böyükhissəsi ABŞ-dən gətiriləcək. Bu, təkcə Aİ ilə ABŞ arasında enerjibağlarını gücləndirmir, həm də Yunanıstanı ABŞ qazının Cənub-ŞərqiAvropa bazarına daxil olduğu əsas qapıya çevirir.

Belə vəziyyətdə Afina ilə Azərbaycan arasında əməkdaşlıqstrateji ölçü qazanır. Azerbaijan Gas Supply Company (AGSC)DESFA-nın əsas tərəfdaşına çevrilərək, Avropa İttifaqı və ABŞtərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi (CQD) çərçivəsində tədarükhəcminin artırılmasında mühüm rol oynayır. 2026-cı ildən başlayaraqillik əlavə 1–1,2 milyard kubmetr qaz təmin etmək məqsədilə“Şahdəniz” yatağında 2027-ci ilədək altı yeni quyunun qazılmasıplanlaşdırılır. Bu isə TAP boru kəmərinin illik daşınma gücünü13–13,2 milyard kubmetrə qədər yüksəltməyə imkan verəcək.

DESFA-nın onillik inkişaf planı ümumi dəyəri 1,37 milyard avroolan 71 layihəni əhatə edir. Məzkur vəsaitlər sadəcəmüasirləşdirilmiş boru kəməri sisteminin deyil, yüksək çeviklik,davamlılıq və ixrac potensialı ilə seçilən enerji klasterininyaradılmasına yönəlib. Bu isə Yunanıstana bir neçə iqtisadidividendlər vəd edir.

Birincisi, tranzit gəlirlərinin artması. Daşımahəcmlərinin genişlənməsi və yeni marşrutların (IGB vasitəsiləBalkan istiqaməti, oradan Rumıniya, Serbiya və Macarıstana) əlavəedilməsi ilə Yunanıstan artıq 2026-cı ildən başlayaraq dövlətbüdcəsinə hər il on milyonlarla avro gəlir gətirə biləcək stabiltranzit axınları əldə edəcək.

İkincisi, daxili bazarın inkişafı. Kompressorstansiyalarının və DESFA-nın idarə etdiyi Milli Qaz Sisteminə(NNGS) qoşulmaların genişləndirilməsi Yunanıstan sənayesinə vəkommunal sektoruna qaz təchizatının etibarlılığını artırır, qiymətvolatilliyini və qlobal şoklara qarşı həssaslığı azaldır.

Üçüncüsü, məşğulluğun artması və texnolojiyenilənmə. DESFA-nın proqramı yalnız borulardan ibarət deyil - buhəm də ağıllı infrastruktur, rəqəmsallaşma və “yaşıl” enerjielementlərinin tətbiqidir. Bu, Aİ-nin texnoloji şirkətləri iləəməkdaşlıq üçün yeni imkanlar açır və gələcək hidrogen bazarı üçünplatforma yaradır.

Yunanıstanın qaz arxitekturasının inkişaf məntiqini müəyyən edənüç əsas layihə var:

1. TAP (Trans-Adriatik Boru Kəməri) - illikötürücülük gücü 12 milyard kubmetr olan magistral xətt YunanıstanıAlbaniya və Adriatik dənizi vasitəsilə İtaliya ilə birləşdirir.Kompressor stansiyası “Nea Mesimvria”nın genişləndirilməsi (2025-ciilin sonunadək tamamlanacaq) TAP-ın iki istiqamətli rejimdəişləməsinə və gündəlik 10 milyon kubmetrədək qaz qəbuluna şəraityaradacaq.

2. IGB (Yunanıstan–Bolqarıstan İnterkonnektoru)- Balkan inteqrasiyasının əsas elementi. Komotini iləStara-Zaqoranı birləşdirən bu xətt Azərbaycan və ABŞ qazınınBolqarıstana, oradan isə Rumıniya, Macarıstan və Slovakiyayanəqlini mümkün edir.

3. FSRU Alexandroupolis - üzən mayeləşdirilmişqaz terminalı enerji təchizatında elastiklik və mənbəmüxtəlifliyini təmin edir. Xüsusilə də ABŞ-dan gətirilən LNG-ninhesabına.

Eyni zamanda, Ampeia bölgəsindəki kompressor stansiyalarınıngenişləndirilməsi və Milli Qaz Sisteminin (NNGS) modernləşdirilməsidə mühüm əhəmiyyət daşıyır. 2025-ci ilin iyununda istifadəyəveriləcək Ampeia GKS "Şimal-Cənub" axınları üçün kritik əhəmiyyətəmalik olacaq və sistemin ümumi hidravlik sabitliyini təminedəcək.

Azərbaycan üçün isə, Avropaya qaz ixracını həyata keçirdiyiCənub Qaz Dəhlizi çərçivəsində Yunanıstanın DESFA inkişaf planınıntəsdiqlənməsi strateji əhəmiyyət daşıyan hadisədir. Bu sənədBakının uzunmüddətli enerji doktrinasının icrasına birbaşa təsirgöstərir. Azərbaycanın baxış bucağından, Yunanıstan artıq sadəcətranzit ölkə deyil, ixrac diversifikasiyası üzrə dayanıqlı modelinəsas infrastruktur tərəfdaşına çevrilir.

TANAP (Türkiyə) və TAP (Yunanıstan–Albaniya–İtaliya) borukəmərlərini birləşdirən Cənub Qaz Dəhlizi öz effektivliyini artıqsübut edib. TAP üç il ərzində, əsasən “Şahdəniz” yatağındançıxarılan, 30 milyard kubmetrdən çox qazı Avropaya nəql edib.Hazırda Avropa İttifaqı və Balkan ölkələri tərəfindən artan tələbatfonunda Bakı bu axının genişləndirilməsində maraqlıdır. DESFA-nın“Nea Mesimvria” kompressor stansiyasının gücünün artırılması barədəqərarı Azərbaycan üçün 2026-cı ildən başlayaraq Avropaya əlavə1–1,2 milyard kubmetr qaz ixrac etmək imkanı yaradır.

Bu kontekstdə bir məqam xüsusi vurğulanmalıdır: ixracınoperatoru qismində çıxış edən AGSC (Azerbaijan Gas Supply Company)artıq 2025–2027-ci illər üçün “Şahdəniz”də altı yeni quyununqazılması barədə rəsmi açıqlama verib. Həmin işlərin vaxtıYunanıstanın infrastruktur layihələrinin başa çatma dövrü iləüst-üstə düşür ki, bu da Bakı ilə Afinanın strateji yanaşmalarınınsinxronluğunu açıq şəkildə nümayiş etdirir.

Bakı üçün bu enerji əlaqəsi eyni anda üç vəzifəni yerinəyetirir:

1. Azərbaycanın Qara dəniz hövzəsindəkidestabilizasiya, Yaxın Şərqdən tədarüklərlə və geosiyasiziddiyyətlərlə əlaqəli risklərdən uzaq, etibarlı və sabit Avropabazarına qaz təchizatçısı statusunu möhkəmləndirir.

2. Yeni bazarlara, ilk növbədə Balkan regionunaçıxışı təmin edir. IGB və onunla bağlı interkonnektor şəbəkəsivasitəsilə Azərbaycan qazı artıq bu gün Bolqarıstanda istehlakçıbazası əldə edib və 2026-cı ildən etibarən Rumıniya, Macarıstan,hətta Avstriyaya qədər yayılması gözlənilir.

3. Gələcəkdə hidrogen ixracı üçün infrastrukturbazasını formalaşdırır. DESFA sənədində qeyd olunur ki, Yunanıstanqaz nəqli sisteminin bir hissəsi hidrogen və bioqazauyğunlaşdırılacaq ki, bu da Azərbaycanın hidrogen gündəliyi ilə tamuzlaşır. Bakı artıq öz hidrogen strategiyasını işləyib hazırlayırvə Avropa bazarına “yaşıl molekullar”ın inteqrasiyası - artıq“əgər” sualı deyil, “nə zaman” sualıdır.

Avropa İttifaqının enerji sektorunda dekarbonizasiya siyasətiBrüsselin ideoloji hədəfi olmaqla yanaşı, eyni zamanda gələcəkonilliklər üçün bazarda oyunun qaydalarını müəyyən edən stratejivektordur. Bu baxımdan Yunanıstan və Azərbaycan nadir qarşılıqlıanlayış nümayiş etdirirlər. Tərəflər qaz tədarükününgenişləndirilməsi ilə yanaşı, yeni mərhələyə - hidrogen ixracına dahazırlaşırlar.

DESFA planında əsas sistem hissələrinin, xüsusilə təbii qazdanCO₂ tutulması ilə əldə edilən “mavi” hidrogen qarışıqlarına texnikiuyğunlaşdırılması məsələsinə ciddi diqqət yetirilmişdir. Azərbaycanisə artıq bu gün karbonun tutulması, istifadəsi və saxlanmasıtexnologiyalarına (CCUS) investisiya yatırır və Cənub Qaz Dəhlizimarşrutları ilə gələcəkdə hidrogenin ixracı imkanlarını nəzərdənkeçirir - TAP və IGB-nin yenidən konfiqurasiya ediləcəyi nəzərəalınaraq.

Bunun siyasi konteksti də var: Aİ “yaşıl taksonomiya”ya uyğunməhsul təklif edə bilən tədarükçüləri dəstəkləməyə hazırdır. Bumənada Azərbaycan Avropa İttifaqından maliyyə, normativ vətexnoloji dəstək ala bilər - xüsusilə də hidrogen tədarükləri artıqsınaqdan çıxmış tranzit platformaları - Yunanıstan və Bolqarıstanvasitəsilə həyata keçiriləcəksə.

Yunanıstanın infrastruktur artımı ilə Azərbaycanın ixracpotensialı arasındakı sinerji artıq yaxın onillikdə Avropanınenerji xəritəsini dəyişməyə qadirdir. Potensial ssenari aşağıdakıkimidir:

a) 2027-ci ilədək TAP “Nea Mesimvria”da qəbulgücünün tam istifadəsi sayəsində layihə tutumu olan 13,2 milyardkubmetrə çatacaq;

b) 2028-ci ilə qədər IGB öz ötürücülükqabiliyyətini 3-dən 5 milyard kubmetrə qədər artıracaq və bu artımareversiv axınlar da daxil olacaq;

c) 2030-cu ilə qədər FSRU Alexandroupolisbiometan və hidrogenin cənub tədarük zəncirinə qoşulacaq vəmultienerji mərkəzinə çevriləcək;

d) 2033-cü ilə qədər isə bütün sistemhidrogenin qəbul və paylanması üçün texniki cəhətdən tam hazırolacaq - bu isə Azərbaycanla Yunanıstanın Aİ-nin “Yaşıl Kurs”çərçivəsindəki mövqelərini daha da gücləndirəcək.

Beləliklə, Yunanıstan, Azərbaycan qazı və ABŞ-dan gətirilənmayeləşdirilmiş qaz (LNG) sayəsində regionda enerjitəhlükəsizliyinin təminatçısına çevrilir, Azərbaycan isə Avropaİttifaqının həm maliyyə, həm də iqlimlə bağlı tələblərinə cavabverən çevik təchizatçıya.

Hazırda Trans-Adriatik Boru Kəməri (TAP), Türkiyə–Yunanıstansərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçməkləİtaliyanın cənubuna qədər uzanır və ildə təxminən 11–11,5 milyardkubmetr səviyyəsində fəaliyyət göstərir. Layihə üzrə nəzərdətutulan maksimum güc isə 12 milyard kubmetrdir.

TAP AG konsorsiumunun məlumatına görə, 2023-cü ildə bu kəmərvasitəsilə İtaliyaya 8,1 milyard kubmetr, Yunanıstana 1,8 milyardkubmetr, Bolqarıstan və Albaniyaya isə birlikdə təxminən 1 milyardkubmetr qaz ixrac edilib. Bu rəqəmlər TAP-ın Cənubi Avropanınenerji təchizatında sistemli rol oynadığını açıq şəkildəgöstərir.

Amma 2025-ci ilin dekabrında “Nea Mesimvria” kompressorstansiyasının genişləndirilmiş versiyasının işə düşməsi ilə, TAP-ınötürücülük qabiliyyəti 13,2 milyard kubmetrə çatacaq. Əgər Aİ vəinvestorlar “ikinci faza” genişlənmə qərarını versələr, bugöstərici gələcəkdə 20 milyard kubmetrə qədər arta bilər.

2022-ci ilin oktyabrında istismara verilmiş IGB(Yunanıstan–Bolqarıstan İnterkonnektoru), Rusiya qazının tədarüküdayandırıldıqdan sonra Bolqarıstanın enerji təhlükəsizliyində əsasrol oynamağa başlamışdır. Hazırda onun ötürücülük qabiliyyəti illik3 milyard kubmetr təşkil edir ki, bunun da 2023-cü ildə 2milyarddan çoxu artıq Azərbaycandan gətirilmiş qazın payınadüşüb.

IGB layihəsi Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan vəSlovakiyanı birləşdirən və “vertikal qaz dəhlizi” adlandırılangenişmiqyaslı təşəbbüslə birbaşa əlaqəlidir. Bu dəhliz çərçivəsindəötürmə qabiliyyətinin 5 milyard kubmetrə qədər artırılması,həmçinin Alexandroupolis terminalından gətirilən LNG və Xəzərqazının axınlarının daha çevik idarə olunmasını təmin edənikitərəfli revers rejimi müzakirə edilir.

2024-cü ilin oktyabrında DESFA sisteminə qoşulmuş FSRUAlexandroupolis üzən LNG terminalı ildə 5,5 milyard kubmetrmayeləşdirilmiş qaz qəbul etmək gücündədir və bu həcmin gələcəkdə 7milyard kubmetrə çatdırılması planlaşdırılır. Terminal eyni vaxtdaiki tankerə xidmət göstərmək, qazı regazifikasiya edərək həmNNGS-ə, həm də IGB vasitəsilə bölgəyə ötürmək imkanınamalikdir.

İlk altı aylıq fəaliyyət dövründə (oktyabr 2024 – mart 2025)terminal yeddi LNG tankeri qəbul etmişdir: bunların dördü ABŞ,ikisi Qətər, biri isə Misir mənşəlidir. Bu fakt təchizatlarınçoxvektorlu xarakterini göstərir və Yunanıstanı fövqəladə hallardaçevik tədarük üçün lojistik qovşağa çevirir.

NNGS-in əsas şəbəkəsinin ümumi uzunluğu təxminən 1 500 km-dir,buna əlavə olaraq 1 000 km-ə yaxın paylayıcı boru xətləri və sənayeistehlakçılarına birləşdirici xəttlər mövcuddur. 2025-ci iliniyununda başa çatması planlaşdırılan Ampeia kompressorstansiyasının genişləndirilməsi “şimal–cənub” axınları üçünetibarlı qaz təchizatı təmin edəcək və həm TAP, həm də FSRUterminalından daxil olan qazın bölgəyə paylanmasını mümkünedəcək.

Azərbaycan tərəfindən isə, SOCAR-ın məlumatına görə, 2027-ci iləqədər Avropaya (Türkiyə daxil olmaqla) ümumi qaz ixracı 20 milyardkubmetr-ə çatacaq. Bu həcmin 14 milyarddan çoxu Aİ ölkələrininpayına düşəcək. Bu qazın təxminən 50%-i Yunanıstan ərazisindənkeçəcək, o cümlədən, revers marşrutları və vertikal dəhliz üzrəbölüşdürülmə yolu ilə.

Hazırda Yunanıstan və Azərbaycan Avropa enerji modelinin yenikonturlarını birlikdə formalaşdırırlar. Bu modeldə əsas dəyərlərinfrastruktur əlaqəliliyi, dekarbonizasiya, geosiyasi neytrallıq vətexnoloji adaptasiya qabiliyyətidir. RAAEY tərəfindən təsdiqlənmişvə DESFA tərəfindən həyata keçirilən layihələr - sadəcə borukəmərlərinə, kompressor stansiyalarına və terminallara yönəlikinvestisiyalar deyil, həm də siyasi təsirə, xarici şoklara qarşıdavamlılığa və strateji muxtariyyətə qoyulan kapitaldır.

Avropa üçün bu, enerji müstəqilliyini yeni əsaslar üzərindəbərpa etmək fürsətidir. Azərbaycan üçün - XXI əsrin enerjiarxitekturasında dayanıqlı mövcudluq yoludur. Yunanıstan üçün isə -Qərblə Şərqi birləşdirən bir qovşaq kimi Avropa enerji habınaçevrilmək, təkcə qaz molekullarını deyil, eyni zamanda geosiyasietimad dalğalarını da öz üzərindən keçirmək imkanını ifadəedir.

Bakı Yunanıstanı Aİ-yə çıxış platosu kimi seçməklə Brüsseldəkimövqelərini gücləndirir, Afina isə Azərbaycan qazından istifadəedərək Balkanlarda və Şərqi Aralıq dənizi hövzəsində çəkisiniartırır. Bu bağ - strateji düşüncə, infrastruktur planlaşdırması vəqarşılıqlı etimadın iqtisadiyyatı dəyişdirməklə yanaşı, bütövqitənin geosiyasi xəritəsini yenidən qurmağa qadir olduğu nadirnümunələrdəndir.

Seçilən
71
3
az.trend.az

4Mənbələr