Özünü Rusiya imperiyasının sonuncu imperatoru II Nikolayın kötücəsi adlandıran 52 yaşlı Svetlana Vislobokova Moskvada saxlanılıb.
Bizim.Media xəbər verir ki, “Baza” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Vislobokova yəhudilərə qarşı nifrət və düşmənçilik yaratmaq ittihamı ilə saxlanılıb.
2025-ci il martın 31-də Vislobokovaya qarşı “Nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması” və “Ekstremist fəaliyyətə ictimai çağırışlar” maddələri ilə cinayət işi açılıb. İstintaq məlumatlarına görə, qadın 2023-cü ilin avqustundan bəri ən azı 8 dəfə yəhudilərə və onları dəstəkləyənlərə qarşı zorakılığa çağırış edib.
Qeyd edək ki, S.Vislobokova özünü tarixçi, professor, Rusiyanın ziyalı lideri və II Nikolayın kötücəsi kimi təqdim edir. Qadının sözlərinə görə, onun bir çox başqa titulları və rütbələri, hətta ruhi cəhətdən sağlam olduğunu və narkotikdən istifadə etmədiyini göstərən sənədi var.
Bizim.Media