Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda vaxtı keçmişkreditlərin məbləği 480.1 milyon manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata görə, bu göstərici cari il fevral ayının 1-i iləmüqayisədə 5 milyon manat və ya 1.1% çoxdur.
Eyni zamanda, problemli kreditlərin məbləği son 1 ildə isə 10.9milyon manat və ya 2.3% artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxilolmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünənəzərən 0.28 faiz bəndi azalaraq 1.63% təşkil edib.