AZ

İranın nüvə obyektlərinin bombalanacağı ciddi xarakter alıb



"Amerika Prezidenti D.Trampın nüvə proqramına son qoyulması ilə əlaqəli fikirlərinə İranın imtina etməsi səbəbindən Tehranın ciddi şəkildə bombardıman ediləcəyi ilə bağlı təhdidindən sonra nüvə obyektlərinin bombalanacağı ciddi xarakter alıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, ABŞ Hind okeanındakı Böyük Britaniyanın Amerikaya 50 illiyinə kirayə verilmiş Dieqo Qarsiya adasına B-2 bombardımancı təyyarələr yerləşdirməyə başlayıb. İran bundan çox narahat olmağa başlayıb. O da ABŞ-nin ətrafda əl çatan mümkün hərbi bazalarının raketlərlə vurulacağını açıqlayıb:

"Görünən odur ki, təhdidlər ciddi xarakter alıb. Trampın keçən hakimiyyəti dövründə Qasım Süleymanini İraqda pilotsuz təyyarədən atılan raketlə vurularaq öldürməsindən sonra indiki gərginlik daha ciddi qarşıdurmadır".

Süleyman
Seçilən
87
newscenter.az

1Mənbələr