
Amerikalı rejissor Oliver Stoun - "Con F. Kennedi. Dallasa atılan güllələr" filminin müəllifi - ABŞ Konqresini 35-ci Amerikanın Prezidenti Con Kennedinin qətlini yenidən araşdırmağa çağırıb. Bu barədə “Ulusum”.az TASS-a istinadən məlumat verir."Ona görə də komitədən xahiş edirəm ki, [o zamanlar ABŞ Ali Məhkəməsinin sədri Earl Warrenin rəhbərliyi altında] Kennedinin qətlinin araşdırılması üzrə xüsusi komissiyanın başa çatdıra bilmədiyi işi təkrarlasın", - o, ABŞ Konqresinin Nəzarət və Dövlət Islahatları Komitəsində, Kennedinin qətlinə dair deklassifikasiya edilmiş sənədlərin dərc olunmasına həsr olunmuş dinləmələrdə bildirib.
"Xahiş edirəm, heç bir siyasi baxış olmadan, prezident Kennedinin qətlini yenidən səmimi şəkildə araşdırın", - deyə rejissor əlavə edib.
Diqqət Çəkənlər
Volkan Konak Musiqinin Ulu Səsi - Son Veda
AKP-nin tanınmış nümayəndəsi Burhan Abiş vəfat edib
TƏBİB: Bayram günlərində 52 mindən çox müraciət olub