AZ

Bakıda sığınacaqda virusa yoluxan uşaqların son durumu

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında səkkiz uşaq rotavirusa yoluxub.

Olaylar.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O qeyd edib ki, iki uşaq xəstəxanada, altı uşaq isə həkimlərin yazdığı təyinatlar əsasında sığınacaqda müalicə alırlar.

"Rotavirusdur. Ürəkbulanma, qusma, yüksək qızdırma ilə başlayır. Bəzi uşaqlarda burundan qanaxma, ishal halları da olub. Hazırda vəziyyətləri orta ağır qiymətləndirilir. Uşaqlar N.Nərimanov adına 1 nömrəli uşaq yoluxucu xəstəliklər xəstəxanasında müalicə alırlar. 14 uşaq sanatoriyadadır, 24 uşağın isə yoluxma təhlükəsi var", - deyə K.Ağazadə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
100
olaylar.az

1Mənbələr