AZ

Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişi ratifikasiyaya tövsiyə edildi – ÖZƏL

Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsi Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin ratifikasiyasını yekdilliklə tövsiyə edib. Məsələ aprelin 8-də parlamentin iclasında müzakirəyə çıxarılacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə komitə sədri Leonid Slutski jurnalistlərə məlumat verib.

"Saziş Rusiya-İran tərəfdaşlığının bütün sahələrdə - müdafiə, terrorizmlə mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, elm və texnologiya sahələrində genişləndirilməsi üçün möhkəm əsas yaradır. Onun ratifikasiyası son illərdə iki ölkə arasındakı münasibətlərin misilsiz inkişaf dinamikasını əks etdirəcək," - deyə Slutski bildirib.

Sözügedən sənəd İran Prezidenti Məsud Pəzeşkiyanın 2025-ci ilin yanvarında Moskvaya səfəri zamanı imzalanıb. Saziş Moskva və Tehran arasında uzunmüddətli əməkdaşlığın hüquqi çərçivələrini müəyyən edir və iki ölkəni strateji tərəfdaş statusunda birləşdirir.

Rusiya Prezidenti Vladimir Putinin göstərişinə əsasən, sənədi parlamentdə Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko təqdim edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
olaylar.az

1Mənbələr