AZ

“Qarabağ” bizdən yaxşı oynadı” – 2-ci yer də əldən getdi!

“Turan Tovuz-2” futbol üzrə ölkə çempionatının əvəzedicilər liqasının 28-ci turunda evdə “Qarabağ-2”yə uduzdu (0:2).

Bir müddət “Neftçi” ilə çempionluq yarışına girişən tovuzlular son üç oyunda qələbə qazana bilməyib. Ardıcıl xal itkiləri onların 2-ci pilləni “Sabah”a “bağışlamasına” səbəb olub.

Ardıcıl uğursuzluqların səbəbi nədi, mövqeyinizi niyə əldən verdiz? Bu sualı “Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyevə ünvanladıq:
“Heyətimizdən 7 nəfər əsas komandaya getdi. Toparlanmağa çalışırıq. Hücumameyilli futbolçularımız çətinlik çəkir. İki futbolçumuz zədəlidi. “Qarabağ” bizdən yaxşı oynadı. Sabit oynaya bilmirik. Qarşımıza yer tutmaq məqsədi qoyulmayıb. Futbolçuları əsas komandaya və milliyə hazırlamağa çalışırıq”.
ƏSƏD SEYİDOV
Seçilən
19
football-plus.az

1Mənbələr