"Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına hospitalizasiya olunan uşaqların vəziyyətləri stabildir".
Modern.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mövsümi xarakter daşıyan yuxarı tənəffüs yollarının kəskin xəstəlikləri səbəbilə iki uşaq hospitalizasiya olunub. Martın 31-də yerləşdirilən 2019-cu il təvəllüdlü şəxsə (qadın cinsli) və aprelin 1-də yerləşdirilən 2021-ci il təvəllüdlü şəxsə (kişi cinsli) yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu təyin edilib. Hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda vurğulanır.(Oxu.az)