AZ

Türkiyənin simvolunu xatırladan tarixi abidələr -FOTOLAR

Türkiyənin hər bir şəhəri, hər kəndi tarixin gizlinləri özündə yaşadır. Hər şəhər, hər kənd sanki dünya sivilzasiyasının mərkəzidir. Hər yer  özünəməxsus mədəni, təbii və tarixi gözəlliyə malikdir. Burda gəzilib görüləcək, dəyər veriləcək o qədər yer var ki…

Bu qədər gözəlliyin bir arada olması illərdir ki, Türkiyəni dünya, o cümlədən biz Azərbaycanlılar üçün maraqla səyahət ediləcək ölkəyə çevirməsi heç təəccüblü deyil.

Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları kifayət qədər diqqət çəkici olması ilə yanaşı, həmçinin təbii mənzərələri ilə də könül oxşayır.

Yamyaşıl otların arasında Sümela Manastrından Pamukkaləyə qədər Türkiyənin hər yerindən diqqət çəkən möhtəşəm mənzərələr var. Türkiyəyə səfər etməyənlər üçün yeni yol xəritəsini təqdim edirik. Məhz səfər etmək istəyənlər bu təbi gözəlllikləri görməlidir.

İstanbul deyiləndə ağıla ilk gələn – “KIZ KULESİ”

image-1

İstanbul boğazının Üsküdar sularında kiçik bir ada üzərində olan Qız Qülləsi qalası, Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan bu qala tarixin bütün gizlinləri özündə qoruyub saxlayır. İstanbul dedikdə sözsüz ki, ilk ağıla gələn tarixi abidələrdən biri, həm də mütləq ziyarət ediləcək yerlərdən biri məhz Qız Qülləsi qalasıdır.

Sümela Manastırı! – Trabzon

image-2

Tarixi 386-cı illərə təsadüf edən Sümela Manastırı, Trabzon Maçka mahalındakı Altındərə Vadisinə baxan dik qayalıqların üzərində inşa edilmişdir. Hazırda bir çox filmlərin mövzusu olan Sumela Manastırı, yerli və xarici turistlərin tez-tez səyahət etdiyi yerdir.

Qar kimi ağ appaq təbii bir məkan – Pamukkalə Travertenləri (Dənizli)

image-3

Tarixi 14 min il əvvələ təsadüf edən Pamukkalə travertinləri UNESCO Dünya Mirası siyahısında yer alıb. Günün istənilən vaxtında günəşin istisindən asılı olaraq rəngini dəyişərək fərqli mənzərələr alan Pamukkalədə travertinlərə daxil olmaq mümkündür. Burada xüsusi diqqət edəcəyiniz ayaqqabınızı çıxarmaqdır.

Mardin Evleri 

image-5

Tarixin qapılarını açmağa hazırsınızmı? Mardin evlərinin mənzərəsi Mezopotamiya düzənliyinin sükunəti ilə bölgənin min illik tarixini bir arada təqdim edir. Bu evlərin ən böyük özəlliyi, asanlıqla müxtəlif formaya salına bilən sarı əhəng daşlarından hazırlanmasıdır. Bir- birinə bağlı küçələri olan evlərin qapı, pəncərə və asma qatlarından başqa taxtadan istifadə olunmamışdır.
Uçhisar Kaləsi (Nevşəhir)

image-6

Kapadokya – oxşarı olmayan və xüsusi atmosferi ilə ziyarətçilərində bambaşqa bir dünyaya gəldiyi düşüncəsini yaradan misilsiz məkandır. Uçhisar qalası Kapadokanın ən uzaq məsafəsində yerləşir. Buranın böyük özəlliyi məkanın ən yüksək zirvəsi olmaqla yanaşı strateji baxımdan da əhəmiyyətli olmasıdır.

Hündürlüyü 2150 metrə çatan NEMRUT DAĞI

image-7

Adıyamanın Kahta mahalındakı dağın hündürlüyü təxminən 2150 metrə çatır. Nemrut Dağı ətəklərinə tikilmiş imperiyanın padşahı I Antioch bu dağın zirvəsində bir birindən gözəl abidələr və heykəllər tikdirib. Şərq, qərb və şimal istiqamətlərinə yayılan bu qalıqların Hellenistik dövrünə aid olduğu bildirilir. Görənləri heyran edən mənzərəyə sahib Nemrut Dağı, UNESCO Dünya Mirası Siyahısında yer alıb.
Gözəlliyi ilə göz oxşayan Kızkaləsi (Mersin)

image-9

Bizanslılar tərəfindən inşa edilən bu qala Mersin Erdemli mahalında özünə aid olan bir adanı tutur. Çimərlikdən sadəcə 300 metr məsafədə yerləşən əsrarəngiz qala onu görənləri heyran edir. Necə düşünürsünüz qala tam bir Aralıq dənizi şahzadəsi kimi görünmürmü?

Bir sözlə Türkiyə öz tarixi və mədəni abidələri ilə bir təbiət muzeyini xatırladır. Gəzməklə doymayacağınız, yaddaşlardan silinməyəcək bir tarixi görmək üçün mütləq qardaş ölkəyə səfər edin.

Qoşqar Salmanlı

Seçilən
94
1
veteninfo.az

2Mənbələr