AZ

Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq: Övladları imtahanda bu qədər bal toplamasa...

Miqrant uşaqların rus dili üzrə biliklərinin yoxlanılmasının yeni proseduru məktəbə qəbul üçün suallara 90% düzgün cavab tələb edir.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

Aprelin 1-dən etibarən miqrantların övladları rus məktəblərinə qəbul olunmaq üçün məcburi imtahan verməyə başlayıblar.

Müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

"Biz “Rosobrnadzor”un ilkin təklifi ilə razılaşmadıq. Həmin təklifə görə, rus dili imtahanından uğurla keçmək üçün miqrantların övladları 30% düzgün cavab verməli idilər. Yenidən işləndi. Bugünkü qərarda məktəbə qəbul olmaq üçün cavabların 90%-nin düzgün olması nəzərdə tutulur", - Volodin Telegram kanalında yazıb.

Dövlət Dumasının spikeri qeyd edib ki, rus dilində test üçün diaqnostik materiallar, o cümlədən şifahi hissə təhsilin hər bir mərhələsi üçün fərdi olaraq hazırlanmışdır.

Seçilən
91
1
publika.az

2Mənbələr