11-12 aprel tarixində UNEC-in Rus İqtisad Məktəbi və Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin birgə təşkilatçılığı ilə “Sahibkarlıq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
QHT.az xəbər verir ki, konfransda Azərbaycan, Qazaxıstan, Rusiya, Macarıstan, Özbəkistan, Belarus, Tacikistan və Qırğızıstandan olan tədqiqatçılar və biznes icmalarının nümayəndələri iştirak edəcəklər. Konfrans hibrid (oflayn və onlayn) formatda keçiriləcək və iştirakçılara netvorkinq əlaqələri qurmaq üçün geniş imkanlar verəcək.
Konfransın əsas müzakirə mövzuları:
- “İqtisadiyyatın rəqəmsallaşması şəraitində sahibkarlıq təhsili”;
- “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm”;
- “Sahibkarlıq təhsili və məşğulluq”;
- “Universitetlərdə sahibkarlıq ekosisteminin yaradılması”;
- “Sahibkarlıq universitetləri”;
- “Sahibkarlıq təhsilinin inkişafında dünya təcrübəsi”;
- “Azərbaycanda sahibkarlığın inkişafı” və s.