1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən "İsuzu" markalı 41 saylı marşrut avtobusunda təhlükəli anlar lentə alınıb. Belə ki, sərnişinlə dolu avtobusda bir neçə şəxsin açıq qapıdan asılı vəziyyətdə getməsi izləyicilərin narazılığına səbəb olub.
41 saylı marşrut xəttinin nümayəndəsi Afis Mikayılov məsələ ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, son günlərdə Binəqədi qəsəbəsində kommunikasiya xətləri çəkilir, sözügedən işlər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib:
"Bu da 41 və 45 saylı müntəzəm marşrut xətlərinin fəaliyyətinə mənfi təsir göstərərək interval pozulmalarına səbəb olur. Nəticədə bəzi hallarda sərnişin sıxlığı müşahidə edilir. Bununla yanaşı, yolların vəziyyəti avtobuslarda texniki nasazlıqların yaranmasına və qəzalara gətirib çıxarır. Bütün bunlar marşrut xəttinin dövriliyinə, sərnişinlərin daşınmasına mənfi təsir göstərir. Yayılmış görüntüyə gəlincə, avtobusun sürücüsü müəyyən edilərək, tərəfimizdən tədbir görüləcək".
Məhərrəm Əliyev