AZ

50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir

Demokrat senator Riçard Blumental və respublikaçı senator Lindsi Qrem başda olmaqla 50 ABŞ senatoru Rusiyaya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə senator Blumentalın saytında dərc olunmuş məlumatda deyilir.

Bildirilir ki, Rusiya Ukrayna ilə uzunmüddətli sülhə dair xoşməramlı danışıqlarda iştirakdan imtina edərsə və ya sülh bağlandıqdan sonra Ukraynanın suverenliyinə xələl gətirən digər hərəkətlərə, o cümlədən hərbi müdaxiləyə əl atarsa, sanksiyalar tətbiq olunacaq.

Qanun layihəsində həmçinin Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsumun tətbiqi nəzərdə tutulur.

Xəbər 3 dəfə oxunub.
phrase_var_article.chosen
83
xezernews.az

1phrase_var_article.sources