Müğənni Niyam Salami dəvət aldığı toylara pul yazdırmır.
Pravda.az xəbər verir ki, o bunun səbəbini “Rəngarəng” verilişində açıqlayıb.
“Bilirsiniz ki, övladım yoxdur. Hədər yerə “rasxod” edim, ona beş yüz, min, buna iki min... Elə adamın toyuna gedərəm ki. Məsələn, oğulluğa götürdüyüm qardaşımın övladı. İnanmıram onun toyuna qalam. 2030-cu ilə qədər yaşayıb-yaşamayacağımı bilmirəm. Ölüm gözlə qaş arasındadır. Balamın toyunda yaxın üç-dörd nəfər dostum olsun, bəsdir”, - o bildirib.
Verilişin aparıcısı Zaur Nəbioğlu və müğənni Xatun isə bildiriblər ki, Niyam Salami onların ad gününə pul yazdırmasa da, bahalı qızıl hədiyyə edib.
Tomris
Tarix: 2 Aprel 2025, 12:49