Yarımmüdafiəçi Orelyen Tçuameni "Real"ın tarixinə düşüb.
Publika.az xəbər verir ki, o, Madrid klubunun 10.000-ci qolunun müəllifi olub. Fransalı futbolçu İspaniya kubokunun yarımfinal mərhələsinin “Real Sosyedad”la cavab oyununun 86-cı dəqiqəsində fərqlənib. O, hesabı 3:3 edib.
"Qalaktikos" La Liqada 6545, İspaniya Kubokunda 1417, Tacqoyma Kubokunda 4, İspaniya Superkubokunda 75, Eva Duarte Kubokunda 3, Liqa Kubokunda 29. Region çempionatlarında 576, Avropa Çempionlar Kuboku/Çempionlar Liqasında 1103, Kuboklar Kubokunda 57, UEFA Kuboku/Avropa Liqasında 111, UEFA Super Kubokunda 17, Latın Kubokunda 10, Qitələrarası Kubokda 10, FIFA klublararası Dünya Kubokunda 43 qol vurub.
Qeyd edək ki, "Real"-"Real Sosyedad" görüşü 4:4 hesabı ilə başa çatıb. Nəticədə madridlilər İspaniya kubokunun finalına vəsiqə qazanıb.