AZ

Şimali Koreya ABŞ və Yaponiyanın birgə raket istehsal etmək qərarını pisləyib

ABŞ və Yaponiyanın birgə raket istehsalına dair razılığa gəlməsindən sonra Şimali Koreya bu qərarı pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada, AIM-120 tipli orta mənzilli raketin birgə istehsalı ilə bağlı Vaşinqton və Tokio administrasiyalarının imzaladığı razılaşmaya reaksiya verilib.

Bəyanatda bu addımın Asiya-Sakit Okean regionunda qeyri-sabitliyi artıracağı üçün pislənildiyi və ABŞ-ın region ölkələri ilə müdafiə sahəsində yeni əməkdaşlığının getdikcə aqressivləşdiyi vurğulanıb.

Bəyanatda Pxenyanın ABŞ və onun müttəfiqləri tərəfindən yaradılan qeyri-sabit təhlükəsizlik mühitinə fəal reaksiya verəcəyi barədə xəbərdarlıq edilib.

Seçilən
36
operativmm.az

1Mənbələr