AZ

Donald Tramp administrasiyası Amerika silahlarının ixracı qaydalarında dəyişiklik edəcək

ABŞ prezidenti Donald Trampın administrasiyası Amerika silahlarının ixracı qaydalarını yüngülləşdirən fərman qəbul etməyi planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verir. Onların fikrincə, ABŞ hakimiyyəti bu addımı hələ bu gün, aprelin 2-də elan edə bilər.Fərmanın 2024-cü ildə ABŞ-ın hazırkı milli təhlükəsizlik müşaviri Maykl Uolsun təklif etdiyi qanun layihəsinə oxşar olacağı gözlənilir.

Hazırda qanuna əsasən, ABŞ administrasiyası başqa ölkəyə 14 milyon dollar və ya daha çox məbləğdə silah təhvil verildiyi halda, habelə bu sahədə 50 milyon dollar və daha çox məbləğdə hərbi məhsul və ya xidmətlər göstərildiyi halda Konqresdən razılıq tələb etməlidir. Cənab Vals birinci halda bu məbləği 23 milyon dollara, ikinci halda isə 83 milyon dollara çatdırmağı təklif etdi.

Agentlik qeyd edir ki, Donald Trampın sərəncamı Lockheed Martin, RTX Corp və Boeing kimi Amerikanın əsas müdafiə podratçılarının satışlarını artırmağa kömək edə bilər. Ağ Ev hələlik məlumatı şərh etməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr